Sizin istəyiniz. Bizim məqsədimiz.

Haqqımızda

Biz kimik ?

Biz marketinq xidmətlərini bizneslərə optimal üsulla tətbiq edirik. Marketinq xidmətləri bir məhsulun və ya xidmətin müştərilərə təqdim edilməsi və tanıdılması üçün nəzərdə tutulmuş fəaliyyətlərdir. Bu xidmətlər, müəssisələrin müştəri bazasını genişləndirməyə, satışlarını artırmağa və müştəri məmnuniyyətini yüksəltməyə kömək edir.

Məqsədimiz

Biz nə istəyirik ?

Təəssüf ki, hər bir sahibkarlıq fəaliyyətinin nəticəsi uğurlu olmur. Bu istər başlanğıcda , istərsə də müəyyən fəaliyyət dövründən sonra baş verə bilər. Bizim məqsədimiz sözügedən riskləri öncədən aradan qaldırmaqla biznesi zərərdən qorumaq , həmçinin bir sıra üsullar ilə inkişafı və rəqabətliliyi qorumaqdır. Bu dəyişkən iqtisadi vəziyyətdə mühüm məsələlərdən biridir.

rqimiz

Biz digərlərindən nə ilə fərqlənirik?

Bizim fərqimiz biznes şüarımızdır. ” Çərçivədən kənar düşün ! ” Çərçivədən kənar düşünmək bizə nə verir? Yeni ideyalar. Qeyri-adi fikirlər. Yeniliklər. Fərqli addımlar. Çeviklik. Və ən əsası , Gerçəkləşmiş xəyallar. Gözəl səslənir , deyil mi ? Niyə də , yox ?

Təklif etdiyimiz xidmətlər

Eyni adlı xidmətlər , lakin fərqli tərzdə

Sosial Media Marketinqi

Sosial Media Marketinqi (SMM) şirkətlərin və ya fərdlərin məhsul və ya xidmətlərini sosial media platformalarında tanıtdığı və satmaq məqsədilə istifadə etdiyi strategiyadır. Bu marketinq növü, markaların sosial şəbəkələrdəki izləyicilər ilə əlaqə qurmasına, onların diqqətini çəkməsinə, satışları artırmasına və brendin tanınmasını gücləndirməsinə kömək edir.

Professional çəkiliş

Bu çəkilişlər, adətən, estetik cəhətdən gözəl və təfərrüatlı görüntülər əldə etmək üçün nəzərdə tutulur və bir çox məqsəd üçün istifadə olunur: reklam, moda, film, sənət, sosial media, tədbirlər və s.

Brendinq və İctimaiyyətlə Əlaqələr

Şirkətin imicinin yaradılması, brendin tanınması və dəyərinin artırılması üçün strategiyaların hazırlanması ilə yanaşı, Şirkətin mediada tanıdılması, müsbət imicinin formalaşdırılması üçün əlaqələrin qurulması üzrə xidmətlər

Dizayn xidmətləri

Vizual və funksional estetikanı təkmilləşdirmək üçün təqdim olunan xidmətlər toplusudur. Bu xidmətlər müxtəlif sahələri əhatə edə bilər və müştərinin tələblərinə uyğun fərqli həllər təqdim edir.

Reklam xidmətləri

Şirkətlərin, məhsulların və xidmətlərin tanıdılması və satışlarının artırılması üçün istifadə olunan marketinq həlləridir. Bu xidmətlər müxtəlif kanallar və strategiyalar vasitəsilə həyata keçirilir.

Təşkilatçılıq

Tədbirlərin, biznes proseslərinin və müxtəlif fəaliyyətlərin planlaşdırılması, idarə olunması və həyata keçirilməsi üçün təqdim olunan peşəkar xidmətlərdir. Bu xidmətlər fərdi şəxslər, şirkətlər və qurumlar üçün müxtəlif sahələri əhatə edə bilər.

Veb saytların hazırlanması

Müasir dövrdə bir veb sayt istənilən biznesin və ya şəxsin rəqəmsal vizit kartı hesab olunur. O, sizin brendinizi, xidmətlərinizi və məhsullarınızı təqdim edərək məqsədli auditoriyanızla əlaqə qurmağınıza kömək edir.

Bizi seçənlər

Siz də fərqliliyi seçənlərdən olun.

Bunları bilmək maraqlıdır..

Qrafik Dizayn Nədir?

Qrafik dizayn—vizual ünsiyyət və təqdimat sənətidir. Bu sahə şəkillər, mətnlər,[…]

İnternetin Tarixi

İnternet dünyanın ən böyük texnoloji inqilablarından biri hesab olunur. Onun[…]

Loqonun Tarixi

Loqo, bir markanın, təşkilatın və ya fərdi şəxsin vizual identifikasiyası[…]